Azərbaycan

Paşinyan Amerika prezidentindən kömək istədi

Ermənistanın baş vəziri Nikol Paşinyan Amerika prezidenti Donald Trampdan kömək istəyib. Belə ki, çarəsiz qalan Nikol Paşinyanla Amerika prezidenti Donald Trampın milli əmniyyət məsələləri üzrə müşaviri Robert Obrayn arasında telefon danışığı olub. Danışıq zamanı Paşinyan Türkiyənin Dağlıq Qarabağ münaqişəsindəki iştirakı barədə narahatlığını ifadə edib. Bu mövzuda Amerika prezidentindən kömək istəyib.
Robert Obrayn ona Donald Trampla telefon danışığı vəd etsə də, Amerika prezidentinin koronavirusa tutulmasından sonra sözügedən danışıq baş tutmayıb.
Zəng zamanı Paşinyan xüsusilə Türkiyəyə məxsus Amerika tolidi F-16-lardan münaqişə məntəqəsində istifadə edilməsi və sanki onların uçaqlarını vurması barədə uydurma iddiasını yenidən dilə gətirib.
Xatırladaq ki, Türkiyə Milli difa vəzirliyi və Azərbaycan difa vəzirliyi düşmənin bu iddiasını təkzib edib.

Related Articles

Bir cavab yazın

Back to top button