Dünya

Britaniya İrana 400 milyonluq borcunu ödədi

Böyük Britaniya İrana olan 400 milyon funt sterlinq (530 milyon dollar) borcunu ödəyib. Britaniyanın xarici işlər naziri Liz Tras borcun ödənilməsi ilə bağlı açıqlama verib.

“Biz İrana olan borcumuzu ödəməyi prioritet məsələ hesab edirik” – XİN başçısı deyib.

Qeyd edək ki, şah dövründə bağlanmış müqavilə çərçivəsində Tehran Londondan 1500-dən çox tank və zirehli maşın sifariş edib.

Lakin 1979-cu ildə İranda baş verən İslam İnqilabından sonra Krallıq İranla əvvəlki silah müqaviləsini ləğv edib.

Britaniyanın pulun ödənilməsinə baxmayaraq, sifarişləri çatdırmaması 40 ildən artıqdır ki, iki ölkə arasında problem yaradıb.

İran 2010-cu ildə təhvil verilməmiş tankların pulunu geri almaq üçün başladığı hüquqi mübarizənin qalibi olub.

Böyük Britaniya İrana qarşı tətbiq olunan sanksiyalara görə pulu göndərə bilməyib. (modern.az)

Related Articles

Bir cavab yazın

Back to top button