İran

Britaniya İranın “Əxlaq” polsini və daha 5 yüksək çinli məmura sanksiya tətbiq edib

Britaniya əxlaq polisi, polis qüvvələri və yarım hərbi Bəsic qüvvələrinin 5 komandirinə qarşı sanksiya tətbiq edib.

“Reuters” xəbər agentliyinin məlumatına görə, oktyabrın 10-da Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli açıqlamasında deyib: “Bu sanksiyalar İran hakimiyyətinə açıq mesaj verir. Biz sizi qadınlara və qızlara edilən zülmə və xalqınıza qarşı sarsıdıcı zorakılığa görə günahkar hesab edirik”.

Britaniya Xarici İşlər Nazirliyi bildirib ki, əxlaq polisi İranda qadınların geyimlərinə və onların evdən kənarda necə davranmasına nəzarət etmək üçün həbs və zorakılıq hədələrindən istifadə edib.

Nazirlik habelə bütövlkdə əxlaq polisi, onun rəisi Məhəmməd Rüstəmi Çeşmə Gəçiyə, eləcə də əxlaq polisinin Tehran şöbəsinin rəhbəri Hacı Əhməd Mirzəyə qarşı sanksiyalar tətbiq etdiyini açıqlayıb.

Bununla yanaşı İran İnqilabı Keşikçiləri Korpusunun Bəsic qüvvələrinin rəhbəri Qulamrza Süleymani, İran polisinin xüsusi bölməsinin komandiri Həsən Kərəmi və polis qüvvələrinin komandiri Hüseyn Əştəri də bu sanksiyaya məruz qalan şəxslərdir.

Buna əsasən, sanksiyaya məruz qalan şəxslər Böyük Britaniyaya səyahət edə bilməzlər və onların Böyük Britaniyada olan aktivləri dondurulacaq.

Related Articles

Bir cavab yazın

Back to top button