Dünya

Britaniyada tibb bacısı yeni doğulmuş 8 körpəni öldürməkdə ittiham olunub

Böyük Britaniyanın Çester şəhərində yeni doğulmuş 8 körpni öldürməkdə və on qətl cəhdində günahlandırılan tibb bacısı saxlanılıb.

Bu barədə “Sky News” telekanalına istinadən Rusiya KİV məlumat yayıb.

Yerli polisin məlumatına görə, noyabrın 10-da saxlanılan və “Countess of Chester” xəstəxanasının əməkdaşı olan Lüsi Letbi 2015-ci ilin iyun ayından 2016-cı il iyun ayına qədər olan dövrdə xəstəxananın neonatal şöbəsində baş verən bir sıra körpə ölümləri və bədbəxt hadisələrlə bağlı istintaq çərçivəsində ittiham olunur.

Bu gün onun məhkəməsi olacaq.

Related Articles

Bir cavab yazın

Back to top button