İran

Britaniyadan Tehrana xəbərdarlıq: “Bu İranın danışıqlar masasına qayıtması üçün sonuncu fürsətidir”

Böyük Britaniyanın xarici işlər naziri Liz Tras (Liz Truss) dekabrın 12-də mediaya açıqlamasında Vyanada aparılan nüvə danışıqları ilə bağlı rəsmi Tehrana xəbərdarlıq edib.

İranla diplomatiya fürsətinin başa çatmaqda olduğunu deyən Tras deyib ki, İran axırıncı şansından istifadə etməli, nüvə razılaşmasının müddəalarına uyğun ciddi təkliflərlə danışıqlar masasının arxasına qayıtmalıdır.

“Bu İranın danışıqlar masasına qayıtması üçün sonuncu fürsətidir. Baxmayaraq ki, nüvə razılaşmasını qoruyub saxlamaq üçün hələ də vaxt var, lakin yenə deyirəm ki, bu İranın sonuncu şansı və axırıncı fürsətidir.

Daha doğrusu, İranın bu razılaşmanı nəticəyə çatdırması həyati bir məsələdir.

Bir daha bildirirəm ki, biz İranın nüvə silahına yiyələnməsinə imkan verməyəcəyik.

Biz müttəfiqlərimizlə birgə əməkdaşlıq aparmaqda İranın nüvə silahı əldə etməsinin qarşısını almaqda qərarlıyıq”, -deyə Böyük Britaniyanın xarici işlər naziri Liz Tras İrana etdiyi xəbərdarlığında bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button