Dünya

Britaniyanın Əmniyət və Sərhəd naziri İranı kiberhücumlarına görə “düşmən ölkə” adlandırdı

"Aznews tv" xəbər verir ki, o, Londonda nəşr olunan "The Daily Telegraph" qəzetinə açıqlamasında deyib: "Üç ölkə - Çin, Rusiya və İran kiberhücumlarını həyata keçirmək üçün əhəmiyyətli işçi qüvvəsi və texniki imkanlara malikdir və onlar bu imkanlarını inkişaf etdirə və modernləşdirə bilərlər".

Britaniyanın təhlükəsizlik və sərhəd naziri Damien Hinds İran İslam Cümhuriyyətini Çin, Rusiya və Şimalı Koreya ilə birgə kiberməkanda zərərli fəaliyyətləri səbəbi ilə düşmən ölkələr hesab edib.

“Aznews tv” xəbər verir ki, o, Londonda nəşr olunan “The Daily Telegraph” qəzetinə açıqlamasında deyib: “Üç ölkə – Çin, Rusiya və İran kiberhücumlarını həyata keçirmək üçün əhəmiyyətli işçi qüvvəsi və texniki imkanlara malikdir və onlar bu imkanlarını inkişaf etdirə və modernləşdirə bilərlər”.

Hindsın sözlərinə görə, dövlət orqanları və özəl şirkətlərin kompüter şəbəkəsinə kiberhücumlar və başqa ölkələrə casusların göndərilməsi sözügedən ölkələrin o cümlədən kiberməkanda əl atdığı üsullardandır.

Xatırladaq ki, Britaniyanın əmniyət qüvvələri daha öncə də dəfələrlə İran, Rusiya və Çini ciddi əmniyət təhdidi olaraq elan edib.

Related Articles

Bir cavab yazın

Back to top button