Dünya

CENTCOM-un komandanı: İş müharibəyə çəkərsə, bir il ərzində İran rejimini məğlub edərik

"Aznews tv" xəbərinə görə, "The New Yorker" jurnalı dekabrın 27-də yaydığı məlumatında yazıb ki, Mackenzienin fikrincə, Tehran öz düşmənlərini "raket şəlaləsi" ilə iflic etmək imkanına yiyələnib: "İranlıların yüksək strateji potensialı var. Çünki onlar düşməni raket şəlaləsinə boğmaq qabiliyyəti əldə ediblər".

Amerika Silahlı Qüvvələri Mərkəzi Komandanlığı – “CENTCOM”un komandanı general Kennet Mackenzie İranın İraqda “Eyn əl-Əsəd” və Suriyada “Əl-Tənf” hərbi bazalarına son raket hücumlarına toxunaraq deyib ki, hazırda İranın raket təhlükəsi, onun nüvə təhdidindən daha çoxdur, lakin birbaşa qarşıdurmada Amerika İran rejimini məğlub edər.

“Aznews tv”ın  xəbərinə görə, “The New Yorker” jurnalı dekabrın 27-də yaydığı məlumatında yazıb ki, Mackenzienin fikrincə, Tehran öz düşmənlərini “raket şəlaləsi” ilə iflic etmək imkanına yiyələnib: “İranlıların yüksək strateji potensialı var. Çünki onlar düşməni raket şəlaləsinə boğmaq qabiliyyəti əldə ediblər”.

İran hazırda Yaxın Şərq bölgəsində raket və nüvə proqramları ilə bağlı məlum olan ən böyük yeraltı komplekslərinə sahibdir. Onlar dağların içərisində tunellər qazıblar. Bu tunellər bəzən yerin 500 metr dərinliyə qədər gedib çıxır.

Həmin tunellərdən bəzilərinin kilometrlərcə uzunluğu və eni var. İran rejimi onları “raket şəhərləri” adlandırır.

Related Articles

Bir cavab yazın

Back to top button