Dünya

Britaniyanın baş naziri İranın təhlükəsizlik qüvvələrinin davranışını “iyrənc” adlandırıb

Böyük Britaniyanın baş naziri Rişi Sunak dekabrın 20-də deyib ki, Britaniya hökuməti İranın düşmənçilik fəaliyyətinin qarşısını almaq üçün daha çox vaxt sərf edəcək.

Rişi Sunak İcmalar Palatasının Xarici Əlaqələr Komitəsinə bildirib ki, o, Tehran hökumətinin iranlı etirazçılara münasibəti, nüvə proqramı və regionda sabitliyi pozan digər hərəkətlərindən get-gedə daha çox narahatlıq hiss edir.

Böyük Britaniyanın baş naziri İranda davam edən etirazlar ilə bağlı suala cavab olaraq deyib ki, “İrandakı etirazlardan aldığımız mesaj çox aydındır, İran xalqı hökumətdən razı deyil. Biz isə İran xalqının yanındayıq”.

Rişi Sunak daha sonra Tehran hökumətinin İrandakı etirazçıları susdurmaq davranışını iyrənc adlandırıb.

“Rusiya və Ukrayna yeni ildə bir nömrəli xarici siyasət problemimiz olaraq qalsa da, mən İranın davranışından getdikcə daha çox narahat oluram”-baş nazir belə deyib.

Related Articles

Bir cavab yazın

Back to top button