Dünya

Britaniyanın ittilaat ajansının raporu: İran atom silahına hər zamankından daha çox yaxınlaşıb

“İsrail 12” telekanalı Britaniyanın ittilaat ajansının raporuna əsasən xəbər verib ki, İran atom silahına hər zamankından daha çox yaxınlaşıb və qarşıdakı bir ay içində onu əldə edə bilər.

Sözügedən kanalın verdiyi bilgiyə əsasən, İran uluslararası ajansla bağlantısını kəsdiyi ötən 9 ay içndə atom proqramını əhəmiyyətli dərəcədə irəliyə aparıb.

İsrailin yüksək rütbəli yetkiilərindən birinin sözlərinə görə, İran hələlik atom bombasını ballistik raket üzərinə yerləşdirmə bacarığına sahib deyil və bunu edə bilməsi üçün ən az 2 il vaxt lazımdır.

Xatırladaq ki, Amerikanın Uluslararası Atom Enerjisi Ajansının Müdirlər Şurasındakı nümayəndəsi azər ayının 4-də uyarıb ki, İranın sözügedən ajans ilə əməkdaşlıq etməməsi məsələsi həll olunmasa, İdarə Heyəti bu ilin sonuna qədər iztirari toplantı keçirməli olacaq.

Related Articles

Bir cavab yazın

Back to top button