Dünya

BU GÜN AZƏRBAYCAN SİLAHLI QÜVVƏLƏR GÜNÜDÜR

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 102 il ötür. Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Xalq Cümhuriyyəti parlmanının 26 juən 1918-ci il tarixli qərarı ilə Gəncədə yaradılıb. O dövrdə qurulan Nizami Vəzirlik və onun başçı heyətində numayəndəlik edən Səməd bəy Mehmandarov, Əliağa Şıxlı və başqa ordu biliciləri Azərbaycanda ordu quruculuğunda önəmli düzəlişlər ediblər. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra ordu dağılıb.

1991-ci il oktobrun 9-da Şurəvinin dağılması ilə Silahlı Qüvvələr yenidən yaradılıb. İndi Azərbaycan həm döyüş qabiliyyətinə, həm də maddi-teknik imkanlarına görə, Güney Qafqazda ən güclü dövlət hesab olunur. Silahlı Qüvvələrin quruluşunda Quru Qoşunları, Nizami Hava Qüvvələri və Hava Hücumundan qoruma Qoşunları və Nizami Dəniz Qüvvələri vardır.

1998-ci il  mayen 22-də Prezident Heydər Əliyevin imzaladığı fərmanla Milli Ordu quruculuğunda varislik ənənələrinin yenidən qurulmasında önəmli addım atıldı və 26 juən Silahlı Qüvvələr Günü elan olunub. Hazırda Azərbaycan ordusu güney Qafqazın ən güclü ordusudur.

Deməliyik ki, 2011-ci il juənin 26-da Bakıda Silahlı Qüvvələr Günü və müstəqilliyin Dirçəlişi 20 illiyi, 2013-cü ildə isə Silahlı Qüvvələr Gününün 95 illiyi, 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyinə görə nizami rejə keçirilib.

Related Articles

Bir cavab yazın

Back to top button