Azərbaycanİran

Bu gün Bahar(Novruz) bayramıdır

Bu gün Azərbaycan xalqı ən sevimli bayramlarından biri olan Bahar(Novruz) bayramını qeyd edir.

Aznewstv xəbər verir ki, bu, Vətən müharibəsindəki qələbədən sonra Azərbaycan xalqının qeyd etdiyi üçüncü Bahar(Novruz) bayramıdır.
Xalqımızın qədim adət-ənənələrindən olan bu bayram artıq üçüncü dəfədir işğaldan azad olunan ərazilərdə də qeyd edilir. Ona görə də Azərbaycan xalqı son iki ildə olduğu kimi, bu il də Novruz bayramını qürur hissi ilə qarşılayır.
Bu il Quzey Azərbaycana yaz fəslinin gəlişi martın 21-i Bakı vaxtı ilə saat 01:24:24-ə təsadüf edəcək və Güney Azərbaycan-da yaz fəslinin gəlişi martın 21-i Təbriz  vaxtı ilə saat 00:54:28-ə təsadüf edəcək
Bu zaman gecə ilə gündüz bərabərləşəcək. Günəş ekliptika üzrə hərəkət edərək cənub yarımkürəsindən şimal yarımkürəsinə keçəcək. Həmin andan etibarən Şimal yarımkürəsində Yaz fəsli başlayacaq.
Şimal yarımkürəsində Yaz fəsli iyun ayının 21-ə qədər davam edəcək.

Related Articles

Bir cavab yazın

Back to top button