Azərbaycan

Bu gün Beynəlxalq Qadınlar günüdür

Bu gün 8 Mars – Beynəlxalq Qadınlar Günüdür. Bildirək ki, 1857-ci ilin marsın 8-də Amerikanın Nyu-York şəhərində geyim bölümündə çalışan yüzlərlə qadın aşağı maaşa, uzun iş saatlarına, eyni zamanda pis iş şəraitinə etiraz olaraq tətil ediblər. Qadınların kişilərlə bərabər hüquqlu olmaq uğrunda apardığı mübarizənin təmsili başlanğıcı olan bu mitinqin qarşısı polis tərəfindən alınıb. 1910-cu ildə alman sosialist qadın Klara Setkin 8 Marsın dünya qadınlar günü kimi qeyd edilməsinə nail olub. Mahiyyət etibarilə bu gün qadınların ictimai-siyasi, iqtisadi bərabərlik, öz hüquqları uğrunda mübarizədə birlik günü kimi yaradılıb. Dünyanın bir çox ölkəsində 8 Mars məhz çalışan, əməkçi qadınların günü kimi qeyd olunur. İlk dəfə 1911-ci ildə Alman, Otriş, Suis və Danimarkada, 1913-cü ildə isə Rusiyada bu gün qeyd edilməyə başlanılıb. 1975-ci ildə Birləşmiş Milətlər Təşkilatı tərəfindən 8 Mars Beynəlxalq Qadınlar Günü kimi elan edilib. Azərbaycanda isə bu bayram 1917-ci ildən ardıcıl qeyd edilməyə başlanılıb. 1998-ci ildə Azərbaycan Cümhuriyyətində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Azərbaycan Cümhuriyyəti həm də Avropa Şurasının qadınlarla bağlı bölümündə təmsil olunur, Birləşmiş Millətlər Təşkilatının qadın məsələləri üzrə komissiyonun tamhüquqlu üzvüdür. 1995-ci ildən Azərbaycan qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensyona qoşulub.

Related Articles

Bir cavab yazın

Back to top button