Azərbaycan

Bu gün Oğuz(Nevruz) bayramıdır

Bu gün Azərbaycan xalqı ən sevimli bayramlarından biri olan Oğuz bayramını qeyd edir.

“Aznews tv” xəbər verir ki, bu, Vətən müharibəsindəki qələbədən sonra Azərbaycan xalqının qeyd etdiyi ikinci oğuz bayramıdır.

Xalqımızın qədim adət-ənənələrindən olan bu bayram artıq ikinci dəfədir Azərbaycanın işğaldan azad olunan ərazilərində də qeyd olunur. Ona görə də Azərbaycan xalqı ötən il olduğu kimi, bu il də Oğuz bayramını qürur hissi ilə qarşılayır.

Bu il Azərbaycana yaz fəslinin gəlişi martın 20-də saat 19:33:23-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşəcək, Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsəcək və Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçəcək. Həmin andan Şimal yarımkürəsində astronomik yaz fəsli, Cənub yarımkürəsində isə payız fəsli başlayacaq. Yaz fəslinin uzunluğu 92 gün, 17 saat, 40 dəqiqə olacaq.

Təbiətin əbədi qanunları və kainatın dəyişməz nizamı ilə əlaqədar olan Oğuz bayramı gecə ilə gündüzün bərabərləşdiyini xəbər verən ilk bahar günüdür. Oğuz bayramı qeyd edilməsi yeni ilin, yazın ilk gününün qarşılanması anlamına gəlir.

Oğuz bayramı 2009-cu il sentyabrın 30-da YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

Qədim zamanlarda bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb, bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi bayram ediblər. Bəzi qədim inanclara görə, kainat dörd ünsürdən – su, od, torpaq və küləkdən yaranıb. Məhz bu səbəbdən də hər il Oğuz bayramından əvvəl 4 çərşənbə qeyd olunur.

Bu bayramın özünəməxsus adət-ənənələri də var: qurşaq atmaq və ya şallaq sallamaq, qulaq falına çıxmaq, tonqalın üzərindən tullanmaq, səməni yetişdirmək, səməni xonçaları bəzəmək, yumurta döyüşdürmək, qonaq getmək, şam yandırmaq, yallı getmək, Oğuz bayramı  oyunları oynamaq (məsələn, ənzəli) və s.

Oğuz bayramına dair inanclar: “Qapıya atılan qurşağı boş qaytarmazlar, “Gizlin dinlənən evdən xoş söhbət eşidilərsə, bu, arzunun yerinə yetəcəyinə işarədir”, “Tonqaldan tullanarkən bu ifadə deyilir: “Ağrım səndə, uğurun məndə”, “Oğuz bayramında  qohumların və qonşuların evinə qonaq gedərlər, onlara Oğuz bayramı payı apararlar”, “Bayram günü ailənin sayı qədər şam yandırarlar” və s.

Related Articles

Bir cavab yazın

Back to top button