Azərbaycanİran

Bu gün Səməd Behrənginin vəfatının ildönümüdür

Bu gün müəllim, ictimai tənqidçi, tərcüməçi, romançı və Azərbaycan folkloru sahəsində araşman Səməd Behrəngi 1347-ci il şəhrivərin 9-u vəfat günüdür. 1347-ci ilin şəhrivəri ayının belə bir günündə, 29 yaşında Səməd Behrəngi Araz çayında boğularaq Azərbaycanı və Azərbaycan uşaqlarını kədərə bürüdü və Təbrizin İmamiyyə qəbristanlığında torpağa tapşırıldı.

1318-ci il Tir Ayının 2-də doğulan Səməd Behrəngi
gənc ikən ingilis dilini akademik surətdə öyrənib dünya ədəbiyyatına əhatəsi olan birisi idi. Araz çayında ölümü hər zaman sirr olaraq qalsa da, dəqiq olan budur ki, Səmədin üsyankar ruhu vardı və bu üsyankar ruh onun qələmində eləcə də əsərlərində görünür. Bu qələm hər zaman istimarçıların qəlblərində ox kimi olub. Tarixin müstəmləkəçi və müstəbid hökmdarlarını hədəfə alırdı. Səməd Behrəngi bu gün Araz çayında boğulsa da, əsərlərində üsyankar və azadlıqsevər ruhu yaşamışdır; Onun gələcək nəsillərin uşaqlarının qəlbinə və düşüncəsinə azadlıq aşılayan əsərlər unudulmazdır.

Təbrizin Çərəndab məhəlləsində yoxsul bir ailədə dünyaya göz açmış və uşaqlığını yoxsulluqda keçirmişdir. İctimai təbəqə və o dövrün vəziyyətinə görə solçu yazarlara çox maraq göstərdi. Bu yazarlar arasında Əziz Nəsinin bir kitabını Anadolu türkcəsindən fars dilinə tərcümə edib.

Çoxları Səməd Behrəngini “Balaca Qara Balıq” kitabından tanıya bilər; Dünyanın bir çox dillərinə tərcümə edilmiş və çeşidli ölkələrdə yayılan bir kitab. Balaca qara balıq taysız bir ədəbi əsəri olsa da, Amma Səmədin uşaq ədəbiyyatı sahəsində fəaliyyəti daha geniş idi. Uşaq ədəbiyyatı sahəsindəki dəyərli işlərinin yanında, onu ictimai tənqidçi kimi təsdiqləyən cəmiyyətlə bağlı tənqidi məqalələri də var. Bu sahədə məşhur “Cənab Çox Bəxtiyar” məqaləsindən ad çəkə bilərik.

Səməd Behrəngi dərsliklərin bumiləşdirməsi ilə bağlı nəzəriyyələr də irəli sürüb. İnanırdı ki, Tehranda bir uşağın oxuduğu kitab Qaradağdakı bir kəndli uşağın kitabı ilə eyni olmamalıdır, çünki iki uşağın dünya və ətrafı haqqında eyni anlayışları yoxdur.

Səməd Behrəngi sağlığında Cəlal əl-Əhməd və Qulam Hüseyn Saidi kimi ziyalıların və yazıçıların mənəvi dəstəyindən də istifadə edib. Bəlkə də Səməd Behrənginin bir yazıçı kimi kəşf edilməsində və tanınmasında Təbrizli yazıçı Qulam Hüseyn Saedinin təsirli rol oynadığını söyləmək olar.

Bütün bunlara baxmayaraq, Səməd Behrəngi Azərbaycanın mədəniyyəti, ədəbiyyatı və folkloru üçün çox işlər görüb və türk uşaqlarının ana dilində öyrədilməsinin, habelə məktəblərdə Azərbaycan türkcəsinin öyrədilməsinə dair bir kitab da yazıb. Çünki o gerçək dərdi tanıyıb və bu yolda çəkinmədən düzgün addım atıb. Səməd Behrəngi uşaqların ana dilində təhsil alması lazım olduğuna inanan bir müəllim idi.

Ancaq bu mübariz adam haqqında ən az məlumatı olan, onun indiki dövrdə sağ olsaydı, müstəmləkəçiliyə və qatı fars irqçiliyinə qarşı mübarizəsini davam etdirəcəyini asanlıqla inanıb və görə bilərdi. Sözsüz ki, o Təhsil indiki Vəzirliyində ləhcəli müəllimlərin işə götürülməməsi kimi qanunlara və göstərişlərə qəti qarşı dayan idı. Şübhəsiz ki, bu gün Azərbaycanın müstəmləkəçilərinə qarşı çıxan mübarizlər və etirazçılar bu müəllimin əsərləri ilə yetişdirdiyi nəsildəndir. Biz kəsinliklə Səməd Behrəngi yolu davam edəcəyini və ədalətli nəticəyə uğrayacağına inanırıq. Onun yücə Ruhu şad olsun.

Related Articles

Bir cavab yazın

Back to top button