
Bu sözləri Axar.az-a (Güney) Azərbaycan Mərkəz Partiyasının üzvü Elyar Kamrani deyib.
O, Brüsseldə keçiriləcək aksiyanın planından da danışıb:
“Avropada yaşayan türklər olaraq meydanda olmalı və fəaliyyətimizi koordinasiyalı şəkildə davam etdirməliyik. Bir araya gələrək, bundan sonra aksiyaları düzənlı şəkildə aparmaqla bağlı bəzi təşəbbüsə qərar verdik. Martın 25-də Brüsseldə keçiriləcək aksiyanın təşkili üçün yaradılan qrup üzvləri “Zum konfrans” keçirdi. Konfransda 100-ə yaxın insan iştirak etdi və çox uğurlu keçdi. Gördük ki, maraq böyükdür. 30-a yaxın insan Koordinasiya Mərkəzinə seçildi. Qərara alındı ki, aksiyanın keçiriləcəyi yer ilə bağlı izn alınsın. Yaxın günlərdə kimlər sözçü seçiləcək, aksiya necə təşkil olunacaq – bununla bağlı qərarlar veriləcək. Konfransda azərbaycanlılarla yanaşı, Anadolu türkləri, qaşqaylar da yaxından iştirak edirdi. Bu isə onu göstərir ki, uğurlu bir iş olacaq. Habelə, bütün millətimizin və fəallarımızın dəstəyini gözləyirik”, – o bildirib.