Dünya

BULTON: “RUSİYA CAVABDEHLİK DAŞIYIR”

Bir neçə amerikalı məqam, o cümlədən Demokratlardan Amerikanın keçmiş Milli Əmniyyət müşaviri Con Bulton Trampdan Rusiyaya təhrim tətbiq edilməsini istəyiblər.
Bildirək ki, Rusiya ittilaat orqanlarının biri Əfqanıstanda amerikalı və Beynəlmiləl Etilaf qüvvələrinin öldürülməsi üçün talibanlara və onlara bağlı yaraqlılara ödül verirmiş.
Bulton, “həmin ittihamlar doğrulanarsa “Amerikalılara birbaşa həmlə kimi” hesab olunacaq və belə bir hərəkətə qarşı ciddi cavabı verilməlidir. Bu cavablardan biri qeyri-mütəvazin təhrimlərin emal olunması ola bilər”, – deyə bildirib.
Amerikanın Nümayəndələr Məclisinin İttilaat Komitəsinin rəyisi Adam Şif Rusiyaya qarşı ciddi təpkilərin görülməsinin lazım olduğunu vurğulayıb. “Biz Rusiyanın dağıdıcı fəaliyyətlərinın daha da qarşısını ala bilməyimiz üçün hansı təhrimlərin əlverişli olduğunu düşünməliyik”, – deyib.

Related Articles

Bir cavab yazın

Back to top button