Qeyd olunur ki, düzəliş nəticəsində fransız dili rəsmi dil statusunu milli dillərin xeyrinə itirir, ingilis dili isə Burkina Faso administrasiyasında işçi dil statusu qazanır.
“Milli dillərin rəsmi dil kimi bərqərar olması xalqın dərin arzusudur və hökumət əmindir ki, xalq başqalarının dilində inkişaf edə bilməz”, – deyə sənəddə qeyd olunur.
Bundan əlavə, bu tədbir əhalinin ictimai həyata daha geniş cəlb olunmasını təmin edir. Dəyişikliyə əsasən, milli dillər təhsil, ədliyyə və dövlət idarəçiliyi sahələrində ünsiyyət vasitəsinə çevriləcək.
Xatırladaq ki, Burkina Fasoda əhalinin təxminən 90%-nin danışdığı 60-dan çox milli dil var. Onlardan ən çox yayılmışları moore, diula, bissa, daqara, fulfulde, qurmançemadır.