Azərbaycan

Cəbhəyanı ərazilərdə mina və mərmi qalıqları aşkarlandı

Azərbaycan cümhurisi Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Ajansa Ağcabədi, Ağdam, Beyləqan, Bərdə, Cəbrayıl, Füzuli, Goranboy və Tərtər şəhristanları ərazisində mərmilərin tapılması barədə müraciət olub.
Ajansın özəl çevik əməliyyat qrupları Daxili İşlər vəzirliyinin əməkdaşları ilə birlikdə 106 iztirari əməliyyat çıxışı həyata keçirib. Əməliyyat-axtarış tədbirləri zamanı 46 ədəd partlamamış nizami mühümmat, 2 574 ədəd piyada əleyhinə mina, 906 ədəd tank əleyhinə minanın partladıcısı və 295 ədəd partlamış mərmi qalıqları tapılıb. Ajansın partlayış qrupu tərəfindən 7 ədəd partlamamış nizami mühümmat, mekaniki minatəmizləmə qrupu tərəfindən 7 ədəd PMN minası zərərsizləşdirilib.

Related Articles

Bir cavab yazın

Back to top button