Azərbaycan

Cəbhəyanı ərazilərdə partlamamış hərbi sursat aşkarlanıb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tərtər rayonları və Mingəçevir şəhəri ərazisində mərmilərin aşkar olunması barədə müraciət daxil olub.
Belə ki, agentliyin xüsusi çevik əməliyyat qrupları Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 65 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçiriblər. Axtarış tədbirləri zamanı 55 ədəd partlamamış hərbi sursat və 119 ədəd partlamış mərmi qalıqları aşkar olunub.
Agentliyin partlayış qrupu tərəfindən 12 ədəd partlamamış hərbi sursat, 2 ədəd bombacıq zərərsizləşdirilib. Mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 52 247 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Related Articles

Bir cavab yazın

Back to top button