azİran

Cəlil Cabbaridən tarixi tikililərin təmiri prosesi ilə bağlı açıqlama

“1397-ci ildə Daşmakıda yerləşən Teymur evinin bir hissəsi dağıntıya məruz qalıb. Tarixi tikilinin təmiri məsələsi gündəmə gətirilib”. Bu barədə Qərbi Azərbaycanın Fərhəngi Miras, Əl Sənayesi və Turizm Baş İdarəsinin müdiri Cəlil Cabbari açıqlama verib. O, bildirib ki, Qacarlar dövrünə aid Çayparanın Cavan bəy hamamı 1395, 1396 və 1399-cu illərdə təmir olunub. Bu tikilinin rütubət probleminin həlli, döşəmədəki köhnə kanalların təmiri məqsədilə 1395-ci ildə təmir işlərinə başlanılıb. Hazırda 27-ci maddəyə əsasən, sərmayə yatırımcısının ixtiyarına verilib. Prosesə Fərhəngi Miras Baş İdarəsi nəzarət edir.
Cabbari Qoşaçayın Baruq hamamının təmiri barədə bildirib: “Bu binanın tarixi Qacarlar dövrünə qədər uzanır. Bizim idarə tərəfindən 1396-1397-ci illərdə tikilinin durumu nəzərə alınaraq büdcə ayırılıb”. Qoşaçay vilayətinin tarixi Mirza Rəsul körpüsününü təmirinə isə 7 min milyon vəsait ayrılıb. 1394-cü ildən 1399-cü ilədək təmir işləri aparılıb. Mirza Rəsul körpüsünün özülünün və dayaqlarının təmirinə 1394-cü ildə başlanılıb. Cabbari Daşmakının Şir Xurşid imarətinin vəziyyətinə də toxunub. O, qeyd edib ki, bu qızıl aypara binası ötən illərdə baxımsızlıq səbəbilə dağıntılara məruz qalıb. Dam örtüyünün şirvanisi və gəc-oyma bəzəkləri zədələnib. Tarixi tikilinin iztirari təmiri gündəminə gətirilib. Cabbarinin sözlərinə görə, əyalət üzrə müsafirət xidmətləri dəftərlərinin sayı 101-ə çatıb. Bu il müsafirət xidmətləri dəftərləri üzrə 10 mücəvviz verilib. Onların 60-ı Urmuda yerləşir. Daha 10 mücəvvizin verilməsi ilə bağlı araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Back to top button