Azərbaycanİran

“Cənubi Azərbaycan bütöv Azərbaycanın ayrılmaz hissəsidir” – Güneyli politoloqdan ŞƏRH

Xatırladaq ki, Vətən müharibəsinin ardından Azərbaycanda əsas mövzu obyekti Qarabağ və Zəngəzurla bağlı gedən siyasi danışıqlarla bağlı idi. Bu gün isə bütün nəzərlər Təbrizə yönəlib. 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “Arazı ayırdılar” bayatısını Azadlıq meydanında keçirilən Zəfər paradında dilə gətirməsilə Tehranda yaranan təlatüm hələ də davam edir. Sadəcə sözün təsirindən vahimə keçirən İranın hakim elitası gərginlikdən özünə gələ bilmir. Məsələ həm də bu gün Təbrizdə meydana gələn Xalq hərəkatı ilə bağlıdır.

Xatırladaq ki, Vətən müharibəsinin ardından Azərbaycanda əsas mövzu obyekti Qarabağ və Zəngəzurla bağlı gedən siyasi danışıqlarla bağlı idi. Bu gün isə bütün nəzərlər Təbrizə yönəlib.

Proseslərlə bağlı Güney Azərbaycandan olan politoloq Elyar Kamrani Ednews-a açıqlamasında bildirib ki, Güney Azərbaycan məsələsində Azərbaycanın o tayı və bu tayı ifadəsini dilə gətirmək özü belə yanlışdır.

“Burada bizim üçün qəribə olan bir şey yoxdur. Yəni Güney Azərbaycan bütöv Azərbaycanın ayrılmaz hissəsidir. İran Vətən müharibəsindən sonra baş verən coğrafi strateji dəyişikliyə son dərəcə həssas yanaşmağa başladı. Təbii ki, öncə Qarabağ və Zəngəzur gündəmdə olan mövzu idi. Lakin rəsmi Tehranın davranışları Güney Azərbaycan məsələsini prioritetləşdirməyə başladı. Mənə elə gəlir, güneyli qardaşlarımızın Azərbaycandan gələn dəstəyə çox böyük ümidləri var”.

Elyar Kamrani Cənubi Azərbaycanda gedən proseslərin Zəngəzur dəhlizinə təsiri barədə də söz açıb.

“Zəngəzur uzun illərdir Naxçıvanla Azərbaycanın şərq hissəsini ayıran bir düyün olaraq gündəmdə qalıb. Bu problemin uzanmasında İran başda olmaqla, digər ölkələrin də marağının olması istisna edilmir. Lakin bir şeyi qeyd etməliyəm ki, bu gün Cənubi Azərbaycanda yaranan hərəkatlar həm də Zəngəzur dəhlizi düyünün tezliklə çözülməsinə müsbət təsir edə bilər. Əminəm ki, orada yaşayan azərbaycanlılarımız bu məsələlərə heç də biganə deyil, əksinə problemin həllində olduqca maraqlıdır,” – deyə politoloq vurğulayıb.

Ekspert həmçinin Təbrizin Azərbaycan üçün əhəmiyyətindən söz açıb: “Təbrizin bütün azərbaycanlılar üçün özəl bir mənası var və bu gün hər kəsin ürəyində Təbriz eşqi döyünür. Təbriz həm də 11+50 milyon soydaşımız, yəni Azərbaycanın bütüvlüyü mənasına gəlir”.

Zəngəzur məsələsinə həm də Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin idarə heyəti üzvu, Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sadiq İsabəyli münasibət bildirib. O, İranın Azərbaycana qarşı baş qaldırmasını Azərbaycanın Zəfərindən sonra Ermənistanın İrana üz tutması ilə əlaqələndirib.

“Məğlub olan Ermənistan ən yaxın müttəfiqi İrana üz tutmalı oldu və məlumdur ki, İran buna qarşılıq verərək, Qafan əzarizində yarım-yapalaq bir konsulluq inşa etdi. Hətta İran hökuməti dini lideri adından həmin ərazini öz qırmızı xətti elan etdi.

Təbii ki, baş verənlər azərbaycan hökumətini narahat edir. Çünki bu regiondakı iqtisadi rifahın yaxşılaşdırılması, habelə bir sıra irimiqyaslı layihələrin reallaşdırılmasına maneələr törədir. İran və Ermənistanın öhdəlikləri yerinə yetirməməsi ilə bağlı ölkə rəhbəri dəfələrlə məsələ qaldırıb”.

Təbriz məsələsinin gündəmə gətirilməsi mövzusuna gəlincə, siyasi ekspert bunu Azərbaycanın İrana qarşı bir mesaj rolunu oynadığını deyib.

“Son zamanlar Azərbaycan Respublikası Prezidentinin Güney azərbaycanlılarla bağlı açıqlamalarında orada yaşayan azərbaycan türklərinin hüquq və azadlıqlarının, milli kimliyinin, eləcə də dil və mədəniyyətinin aradan qaldırılması siyasətinin haqqında fikirlər səsləndirir.  Dolayısı ilə Təbriz məsləsinin gündəmə gəlməsində ölkə rəhbəri İran rejiminə “əgər sən Zəngəzuru özünə qırmızı xətt hesab edirsənsə, əslində Güney Azərbaycan və orada yaşayan 50 milyondan artıq azərbaycan türkü də mənim qırmızı xəttimdir” mesajını verməyə çalışır.

Sadiq İsabəyli həmçinin Təbriz və Güney Azərbaycanın Zəngəzur məsələsindəki aparıcı rolundan bəhs edib.

“Bu gün İran adlanan rejim həm sözündə, həm də əməlində ancaq təxribatla məşğuldur. İstər haradasa terror hadisəsi, ya da bir cinayət baş versə İran hər zaman bunu Azərbaycana yönəltməyə çalışır. Eləcə də, siyasi və iqtisadi məslələrdə İran müxtəlif növ bəhanələrlə Azərbaycana əngəllər törətməyə çalışır. Məsələn, Qərbi Zəngəzurda Ermənistanın adından danışan İran, uydurma yol və ya SPA Astara adlanan şirkətlər qrupunun filialının həmin ərazilərdə tikintisi bəhanəsi ilə əraziləri öz qırmızı xətti elan etməyə çalışır. Bu baxımdan da mən düşünürəm həm Zəngəzur məsələsi, həm də xarici investisiyanın Qarabağa cəlb olunmasında Güney Azərbaycan faktoru qarant rolunu oynaya biləcək”.

Elnur Ənvəroğlu

Related Articles

Bir cavab yazın

Back to top button