İran

Cənubi Koreyadan İrana ev ləvaziminin gətirilməsi qadağan edildi

Xamneinin fərmanı ilə, İbrahim Rəisinin İqtisad və Sənaye, Mədən və Ticarət vəzirlərinə verdiyi tapşırığa əsasən Günet Koredən İrana ev ləvaziminin gətirilməsinə qadağa qoyulub.

Ev ləvaziminin varidatına qoyulan qadağa Xamneyinin 14 şəhrivər tarixli əmri əsasında həyata keçirilib və İranın dini rəhbəri əmrinin mətnində bunu “son dərəcə önəmli” məsələ adlandırıb.

Xamenei “Bu xəbər, iki güney Kore şirkətindən mal alınması doğrudursa, təzəcə ayaq üstə dayana bilən yerli ev ləvazimi şirkətlərinin belini qırmaq deməkdir” bildirərərk, İbrahim Rəisiyə “problemin qarşısını alın” əmri verib.

13 -cü dövlətin başçısı İbrahim Rəisi də İranın Sənaye, Mədən və Ticarət vəziri Reza Fatemi Əminə və İqtisad vəziri Mohsen Xanduziyə göndərdiyi məktubda, ölkəyə xaricdən ev ləvaziminin gətirilməsinin “qarşısı alınsın” tapşırığını verib.

Related Articles

Bir cavab yazın

Back to top button