İran

Cavid Rəhman İranda qadın hüquqlarından danışıb

Birləşmiş Millətlər Təşkilatının özəl raporçusu Cavid Rəhman İranda qadın hüquqlarından bəhs edib. Belə ki, 8 Mars-Beynəlmiləl Qadınlar Günü münasibətilə qurumun İnsan Hüquqları Şurasına ailədə zorakılığa dair rapor təqdim edilib. Sənədə əsasən, hər il 10-14 yaş arasında minlərlə qızın zorla ərə verilməsi və İran qanunlarında köklü ayrı-seçkiliyin davam etməsi öz əksini tapıb. Təşkilatın özəl raporçusu İranda qadın hüquqlarının tanınmadığını və onlara ikinci dərəcəli vətəndaş kimi yanaşıldığını vurğulayıb.
“İran qanunlarında ciddi ayrı-seçkilik halları yer alır ki, bunlara düzəliş edilməlidir. İranda yaşayan qadınlar həyatlarının bir çox alanlarında, o cümlədən evlilik, boşanma, iş və fərhəng məsələlərində çoxsaylı məhdudiyyətlərlə qarşılaşırlar. Bu quruluş tamamilə qəbuledilməzdir və dərhal düzəldilməlidir”, – deyə Cavid Rəhman vurğulayıb.
Raporda eləcə də 2020-ci ilin ilk 9 ayında İranda 10-14 yaşları arasında olan 16 mindən çox qızın zorla evləndirilməsinə diqqət çəkilib. Bu məsələnin ciddi narazılıqlara səbəb olduğu qeyd edilib. Təşkilat rəsmisi İran məclisinin “Ailədə zorakılığa qarşı mübarizə planı”nın yetərli olmadığını vurğulayıb. O, ölkədə qadın və uşaqlara dəstəyin artırılmasının gərəkliliyini dilə gətirib.

Related Articles

Bir cavab yazın

Back to top button