Azərbaycanİran

Çevrə fəalları Urmu gölü ilə bağlı etiraz aksiyası keçirib

İyulun 7-də bir qrup güneyli çevrə fəalı Urmu gölünün qurumuş yatağında etiraz aksiyası keçiriblər.

Aksiyaçılar millət vəkillərinə xitabən yazılmış istehzalı baner qaldırıblar.

Narazılar millət vəkillərinin problemə laqeyd münasibətini tənqid ediblər. Qeyd olunub ki, onların da ekoloji problemin dərinləşməsində rolu var.

“Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Kürdüstan əyalətlərinin İran parlamentində olan nümayəndələrinə qeyri-standart bəndlərin tikintisinə və gölün ortasından yol çəkilməsinə razılıq verdikləri, nəticədə Urmu gölünü qurutduqları üçün təşəkkür edirik”,- banerdə belə qeyd olunub.

Ekofəalların verdiyi məlumata görə, hökumət məmurları dinc aksiyaçılara hücum edib və onları məcburi şəkildə bölgədən uzaqlaşdırıblar.

Qeyd edək ki, Urmu gölü Şərqi Azərbaycan və Qərbi Azərbaycan əyalətləri arasında, Zaqros dağlarından şərqdə 1275 metr dəniz səviyyəsindən yüksəkdə, tektonik çökəklik ərazisində yerləşir.

Gölün meydana gəlməsi 30-40 min il öncəyə aid edilir.

Göl qurumamamışdan öncə səthinin sahəsi 5,822 km², uzunluğu şimaldan cənuba 140, maksimal eni isə şərqdən qərbə 55 kilmoter olub.

Ən dərin nöqtəsi 16 m, orta dərinliyi isə 5 m təşkil edib.

Related Articles

Bir cavab yazın

Back to top button