
Bu fikir Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun tviter səhifəsindəki paylaşımında yer alıb.
“Müstəqilliyimiz daimi, dostluğumuz sarsılmaz, qardaşlığımız hər zaman möhkəm olsun!”, – paylaşımda qeyd edilib.
Nazirin təbriki Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin bu misraları ilə bitir:
“Birdir bizim hər halımız, diləyimiz, amalımız, bayraqlarda hilalımız, Azərbaycan, Türkiyə!”