Dünya

Blinken: “Nüvə razılaşmasının nicatı üçün yalnız bir neçə həftə fürsət qalıb”

ABŞ-ın dövlət katibi Antoni Blinken yanvarın 13-də mediaya açıqlamasında nüvə razılaşmasını canlandırmaq üçün bütün fürsətlərin əldən getməsi barədə xəbərdarlıq edib.

Dünya güclərinin Vyanada Tehranla apardığı danışıqların çox ləngidiyini vurğulayan Bliken deyib ki, 2015-ci ildə imzalanmış nüvə razılaşmasını (“Bərcam”ı) dirçəltmək üçün vaxt və fürsət bitmək üzərədir.

“Nüvə razılaşmasının nicatı üçün yalnız bir neçə həftə fürsət qalıb. Hesab edirik ki, əgər danışıqlar məğlubiyyətə uğrasa Vaşinqton İranın nüvə proqrmından doğan ptoblemin həlli üçün digər seçimləri araşdıraraq nəzərdən keçirəcək.

Bizim vaxtımız artıq çox-çox azdır, çünki İran gündən-günə qısa müddət ərzində nüvə silahı istehsal etmək qabiliyyətini əldə etmək mərhələsinə yaxınlaşır.

İran nüvə sahəsində müəyyən nailiyyətlər əldə edib və onu geriyə qatara bilmək artıq çox çətinləşib. Onlar (iranlılar-Red) nüvə razılaşmasının tətbiq etdiyi məhdudiyyətlərdən yayınaraq yeni bacarıqlara nail olur, yeni addımlar atırlar.

Hesab edirik ki, nüvə razılaşmanın canlandırılması Amerikanın təhlükəsizliyi üçün ən yaxşı variantdır, lakin bu mümkün olmasa, biz artıq digər seçimlər haqqında düşünməyə başlayacağıq”, -deyə ABŞ-ın dövlət katibi Antoni Blinken bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button