Azərbaycan

Ceyhun Bayramov: “Azərbaycan Ermənistanla münasibətlərə dair məsələlərin dialoq yolu ilə həllinə tərəfdardır”

Azərbaycanın xarici işlər vəziri Ceyhun Bayramov Avrupa Təhlükəsizlik Əməkdaşlığı Təşkilatının Vəzirlər Şurasının Stokholmda keçirilən 28-ci toplatısında Holənd Padşahlığının xarici işlər vəziri Ben Knapen ilə görüşüb.

Vəzirlikdən bildirilib ki, tərəflər Azərbaycan və Holənd arasında ikitərəfli əməkdaşlıq gündəliyi, habelə bölgəsəl təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Ceyhun Bayramov həmkarına münaqişə sonrası bölgədəki vəziyyət və son irəlləyiş barədə geniş bilgi verib, üçtərəfli bəyanatların icrası, bölgədə irtibat xətlərinin açılması, Azərbaycanla Ermənistan arasında uluslararası hüququn qaydası əsasında münasibətlərin normallaşması eləcə də sınırların aydınlaşdırması danışıqlarına başlamanın önəmini vurğulayıb.

Vəzir Azərbaycanın Ermənistanla ikitərəfli münasibətlərin qurulmasına aid məsələlərin danışıq yolu ilə həllinin tərəfdarı olduğunu həmkarının diqqətinə çatdırıb.

Ceyhun Bayramov uluslararası ictimaiyyət tərəfindən Ermənistanla Azərbaycan arasında normallaşma səylərinə dəstək verilməsinin vacibliyini vurğulayaraq, birtərəfli və qərəzli yanaşmaların bu səylərə ziyanlarını bildirmiş xarici ölkələrin ictimaiyyəti, o cümlədən qanunverici quruluşların bölgədəki münaqişədən sonrakı normallaşma gedişatında maraq doğuran məsələlər barəsində hərtərəfli və dolğun məlumatlandırılmasının gərəkliyini diqqətə çatdırıb.

Related Articles

Bir cavab yazın

Back to top button