İran

Urmu gölü yox olma təhlükəsi ilə üz-üzədir

Bu haqda Minlərlə etiraz posterləri paylanılıb

Kərəc şəhərində Güney azərbaycanlı milli fəallar azər ayının 11-də minlərlə poster paylayaraq İran dövlət yetkililərinin Urmu gölünə etinasızlığına etirazlarını bildiriblər. Belə ki, Güney Azərbaycanın incilərindən hesab edilən Urmu gölü İran rejimi tərəfindən bilərəkdən qurudulur və bu yöndə heç bir addım atılmır.

Əsasən Kərəc şəhərinin mərkəzi küçə və xiyabanlarında paylanılan posterlərdə Urmu gölünün təsviri ilə yanaşı, “Urmu gölü susuzdur, millət oyanmasa uduzdu” və “Oyan Azərbaycan” kimi etiraz şüarları yazılıb.

Xatırladaq ki, son günlərdə İran hakimiyyəti tərəfindən Urmu gölünün bilərəkdən qurudulması ilə bağlı Güney Azərbaycanın bir sıra şəhərlərində milli fəalların etirazlı çalışmaları da artıb.

 

Related Articles

Bir cavab yazın

Back to top button