Dünyaİran

Ceyk Sallivan: “İranla Amerikalı girovlar barəsində danışıqlara başladıq”

“Amerika dövləti girov saxlan amerikalılar barəsində İran məqamları ilə danışıqlara başlayıb”. Bu barədə Ağ Evin Milli Əmniyət məsələləri üzrə müşaviri Ceyk Sallivan ötən gün “CBS”ə müsahibəsində bildirib.

O, amerikalıların qanunsuz şəkildə saxlanıldığı bir dönəmdə hər hansı uzunmüddətli planı qəbul etməyəcəklərini diqqətə çatdırıb. Amerika vətəndaşlarının əmniyətli şəkildə qaytarılmasının Bayden dövlətinin əsas öncəliyi olduğunu vurğulayıb. Bildirək ki, İran Xarici İşlər Vəzirliyinin sözçüsü Səid Xatibzadə bugünkü açıqlamasında danışıqların aparılması xəbərini təkzib edib. Qeyd edək ki, İran inqilabdan bəri xarici, o cümlədən ikili vətəndaşlığı olan şəxsləri tutuqlayır və onlardan siyasi mənafelərini təmin etmək məqsədilə istifadə edir.

Related Articles

Bir cavab yazın

Back to top button