Azərbaycan

Təbrizdə hava çirkliliyi təhlükəli səviyyəyə çatıb

"Təbrizdə hava çirkliliyi göstəricisinin 300-ə çatıb və bu, bütün yaş qrupları üçün təhlükəlidir". Bunu mayın 24-də mediaya verdiyi açıqlamada Şərqi Azərbaycan əyalətinin Ətraf Mühitin Mühafizəsi İdarəsinin İctimaiyyətlə Əlaqələr Bölməsinin başçısı Nasir Mənuçehri deyib.

Mənuçehri əhaliyə açıq havaya çıxmağın təhlükəli olduğu barədə xəbərdarlıq etsə də, dövlət idarələri və məktəblərin tətil ediləcəyi barədə açıqlama verməyib.

İki gündür Təbrizdə hava çirkliliyinin göstəricilərinin yüksək olmasına baxmayaraq məktəblərin tətil edilməməsi valideynlərin etirazlarına səbəb olub.

“Azərəncümən” media orqanı təbrizli valideynlərin etirazları və bununla bağlı sosial mediada Təhsil Nazirliyini tənqidi paylaşımları ilə bağlı məlumatlar yayıb.

Hesablamalara görə, havanın çirklənmə göstəricisi 0-dan 50-yə qədər təmiz hava, 50-dən 100-ə qədər sağlam hava, 100-dən 150-yə qədər qeyri-sağlam və həssas yaş qrupları üçün təhlükəli hava, 150-dən 200-ə qədər isə bütün yaş qruplar üçün qeyri-sağlam hava, 200-dən çox göstərici isə kritik hava çirkliliyi vəziyyətini göstərir.

Related Articles

Bir cavab yazın

Back to top button