AzərbaycanMəqalələr

​​Tarixi məqalə: Şah Qasım Ənvar (1356-1434)

Qasım Ənvar Seyid Nasir oğlu Seyid Əli Qasim XIV-XV əsrlərin məşhur şair və mütəsəvvüflərindəndir. 1356-cı ildə Təbriz yaxınlığında yerləşən Sərab şəhərində dünyaya gəlmişdir. Qasım Ənvar ilk təhsilini Təbrizdə almışdır. Şəriət və təriqət sahələrində Şeyx Sədrəddin Ərdəbilidən dərs almışdır. Şeyx Sədrəddin Əli Yəməninin şagirdi olmuşdur. Qasım şah Nemətullah Kirmani ilə də yaxın olmuşdur. O, Qazvini, Gilanı, Səmərqəndi gəzmiş və bir müddət Heratda yaşamışdır. Burada yaşayanların marağını çəkən, ancaq buna görə Teymuri hökmdarı Şahruxu və onun uşaqlarını qisqandıran Qasım Ənvar hökmdarın əmri ilə Heratdan ayrılmaq məcburiyyətində qalmışdır. Xorasana dönərək ömrünün sonuna qədər Türbətcamda yaşayan şair burada müridlərinin təhsili ilə maraqlanmışdır.

Qasim Ənvar 1434-cü ildə, 78 yaşında ikən vəfat etmiş və Türbatcamda dəfn edilmişdir. XV asrin sonlarında Əlişir Nəvainin əmri ilə Qasım Ənvarın buradakı türbəsi yenidən inşa edilmişdir. Türbəsi sevənlərinin ziyarət etdiyi bir məkandır. Şeirlərini “Qasımi”, “Qasım” və bəzən də “Şah Qasım” taxallüsü ilə yazmışdır.

Ədəbi əsərləri lirik şeirlərdən ibarət divandan, “Ənisül-Arifin”, “Ənisül-Aşiq” adlı mənzum hekayələrindən və başqa əsərlərindən ibarətdir. Əsərlərini, əsasən, farsca qələmə alıb, divanı isə 7000 beytlik təsəvvüf və irfani şeirlərdən ibarətdir. Qasım Ənvar, eyni zamanda “Təmhidat”, “Məktublar” (müridlərinə göndərdiyi təsəvvüfi 127 məktub), “Şikva əl-Qarib”, “Nüzhətül-Kulub” əsərlərin müəllifidir.

Aşıq olduğum bilirsən,
Canıma cəfa qılursan,
Hali-zarimi sevürsin,
Çələbi bizi unutma.

Ədəbi irsimiz – Qətran Təbrizi

#Tarix

Related Articles

Bir cavab yazın

Back to top button