Dünyaİran

Çılpaq fotolar müqabilində hərbi sirlər: SEPAH israilliləri sosial şəbəkələrdə aldadır

İran İnternational xəbər verir ki, SEPAH-nin kibercasusluq taktikalarından biri açıq-saçıq fotoşəkillər müqabilində İsrail əsgərlərindən kəşfiyyat məlumatı toplamaq üçün ivrit dilli qadınlardan istifadə etməkdir.

Bu seks casuslarından bir neçəsi İranın şimal-şərqindəki Məşhəd şəhərində yaşayır. Bu qadınların sosial şəbəkələrdəki adları və şəxsi məlumatları saxta olsa da, onların İsrail əsgərləri ilə paylaşdıqları açıq-saçıq foto və videoları həqiqi görünür.

İran İnternational-ın məlumatına görə, Məşhəd qrupu ən azı 22 müxtəlif saxta profildən istifadə edir və hətta iki seks casusunu müəyyən etmək mümkün olub. Noyabr ayında İsrail ordusu HƏMAS tərəfdarları şəbəkəsinin hərbi qulluqçulardan, xüsusən də Qəzza zolağına göndərilən bölmələr və onların köçürülmə tarixləri haqqında məlumat əldə etmək üçün saxta sosial media profillərindən istifadə etmək cəhdləri barədə məlumat vermişdi.

#İsrail #SEPAH #İran

Related Articles

Bir cavab yazın

Back to top button