Dünya

Çin ABŞ-ı hədələdi: Bayden sözlərini geri götürməsə.

Pekin ABŞ Prezidenti Co Baydenin Çin sədri Si Szinpin haqqında dediklərini siyasi təxribat kimi qiymətləndirir.

bu barədə CNN Çinin Vaşinqtondakı diplomatik missiyasına istinadən məlumat yayıb.
“Bayden keçmişdə ABŞ-ın Çin sisteminə hörmət etdiyini və onu dəyişdirməyə çalışmadığını açıq şəkildə ifadə etdi. Lakin Çinin siyasi sistemi və ali liderlə bağlı son məsuliyyətsiz bəyanatlar Amerika dövlətinin səmimiliyinə dair suallar doğurmaya bilməz”, – deyə bildirilib.
Diplomatik nümayəndəlikdən xəbərdarlıq edilib ki, Vaşinqton Ağ Ev sahibinin bəyanatlarını rədd etmək üçün addımlar atmasa, mövcud vəziyyətin nəticələrinə görə məsuliyyət ABŞ-ın üzərinə düşəcək.
Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden bildirmişdi ki, Si Szinpin hava şarının vurulması ilə bağlı tam informasiyaya malik deyil və buna görə çox üzgündür. Ardınca Ağ Ev rəhbəri bəyan etmişb ki, diktatorlar üçün bu, böyük biabırçılıqdır.

Related Articles

Bir cavab yazın

Back to top button