Dünya

Çin Britaniya parlamentindən uyğurlarla bağlı tələb irəli sürüb

Pekin Böyük Britaniya parlımanından uyğurlara qarşı edilən soyqırımı ilə bağlı aparılan səsvermənin ləğvini istəyib. Məsələ ilə bağlı Çinin Londondakı səfirliyi tərəfindən yayılmış bəyaniyyədə bildirilib.
“Britaniyanın İcmaçıları 22 avrildə Şərqi türküstanda insan haqlarının pozulması və milli azlıqlara qarşı soyqırımı faktını tanıyan səsverməni bəyənib. Böyük Britaniyanın həmin məsələlərə real baxmasını, Çin Xalq Cümhuriyyətinin əsas mənafelərinə hörmət göstərməsini, habelə yanlışını yubanmadan düzəltməsini istəyirik”, – deyə sənəddə qeyd edilib.
Bəyaniyyədə vurğulanıb ki, Pekin ona qarşı irəli sürülən ittihamları rədd edir.
“London İngiltərədəki insan haqlarına riayət edilməsi ilə ilgili çatışmazlıqları bəzəməyə çalışır, eyni zamanda başqa ölkələri də günahlandırır. Bu, açıq-aydın ikiüzlülük və ikili standartlardır”, – deyə artırıb.
Qeyd edək ki, Sosyal şəbəkələrin son illərdə gəlişməsi, Şərqi Türküstanda Uyğurların əleyhinə Komonist Çin Hakimiyyətinin cinayətləri ifşa olduqda, Çin hökuməti Məsələni ört-basdır etməyə çalışır. Bu ara İslam dövləti İranın Musəlman uyğurların tapdalanmasını baykot etməyi də maraqlı məqamlardan sanılır.

Related Articles

Bir cavab yazın

Back to top button