Azərbaycan

Mikayıl Cabbarov: “İsrail hökuməti ilə çox yaxşı əlaqələrimiz var”

“İsrail hökuməti ilə çox yaxşı əlaqələrimiz var və peşəkar səviyyədə tez-tez danışıqlar aparırıq. Habelə İsrailin Bakıdakı səfirliyi ilə də ilgilərimiz əladır. Biz eləcə də bu ölkənin müxtəlif baxanlıqları ilə də yaxşı münasibətlər qurmuşuq”.
Bu sözləri Azərbaycan Cümhuriyyətinin iqtisadiyyat baxanı və Azərbaycan-İsrail Hökumətlərarası Komissiyanın Birgə Başqanı Mikayıl Cabbarov deyib. Dövlət Məqamı Azərbaycanda yaşayan yəhudilərə də münasibətin yüksək səviyyədə olduğunu vurğulayıb.
“Yüz illərdir ki, biz birgə yaşayırıq və Azərbaycanın dəyərləri hər dinə və hər etnik qrupa hörmət üzərində qurulub. Bunun rəmzi sadədir: Azərbaycanda yaşayan hər bir etnik qrupun cəmiyyətimizin bir hissəsi olduğuna inanırıq.
Bu, birlikdə yaşadığımız bir tarixə, bir-birimizə zərər verməmək, bir-birimizə hörmət etmək, birlikdə əylənmək və böhranlarla üzləşmək, dini bayramları qeyd etmək, yan-yana döyüşmək, istisnasız bir mədəniyyətə söykənən münasibətdir.
Azərbaycan nisbətən gənc bir ölkədir, ancaq bizim uzun bir tariximiz var. Azərbaycan Prezidenti İlham Əliyev ölkədəki bütün azlıqları olduğu kimi Yəhudi icmasını da diqqətdə saxlayır”, – deyə Mikayıl Cabbarov vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button