Dünya

Çin Dövlət Şurasının Baş naziri almaniyalı nazirlə görüşdən imtina edib

Çin Dövlət Şurasının Baş naziri Li Tsyan Almaniyanın vitse-kansleri, İqtisadiyyat və İqlim Mühafizəsi naziri Robert Habeklə görüşdən imtina edib.

“ANT”xəbər verir ki, bu barədə “Welt” nəşri Almaniyanın nümayəndə heyətindəki mənbələrə istinadən məlumat yayıb.

“Vitse-kansler Robert Habek (Yaşıllar Partiyası) Çinə səfəri zamanı vacib görüşü ləğv etmək məcburiyyətində qalıb. Baş nazir Li Tsian ilə şənbə günü gözlənilən görüş baş tutmayacaq”, – nəşr yazıb.

Pekin, Şanxay və Hançjoudakı həmkarları ilə görüşmək üçün cümə günü Çinə gələn Habek özü Li ilə görüşün niyə baş tutmayacağı barədə heç bir fikri olmadığını söyləyib.

Related Articles

Bir cavab yazın

Back to top button