İran

Pomidorun qiyməti tezliklə balanslaşdırılacaq

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Hüseyn Əsgəri bazarda pomidorun baha olmasının səbəblərinə toxunub:

“Bazarda pomidorun baha olması və satışın azalması soyuq mövsümün başlaması, yağış və məhsul yığımı, daşınmada gecikmə ilə bağlıdır. Lakin təbii ki, qiymətlər tezliklə tarazlaşacaq.

Ölkənin cənub əyalətlərindən məhsul tədarükünün artması ilə Tehranda və ölkənin digər əyalətlərində bu məhsulun qiyməti mütləq tənzimlənəcək”.

Hal-hazırda pomidorun hər kiloqramı 35-40 min tümən arası satılır, bundan əvvəl isə pomidorun hər kiloqramının qiyməti 10-18 min tümən arasında olub.

#İran

Related Articles

Bir cavab yazın

Back to top button