İran

Çin və Rusiya İrana silah satmaq üçün gün sayı

Amerikanın İrana qarşı silah təhrimini uzatmaq istəyini təyid etmə şansı yoxdur. Bu barədə Röyterz çin diplomatına istinadən xəbər verib. Amerikanın Birləşmiş Millətlər Təşkilatındakı səfiri Mosku və Pekənin İrana silah satmaq üçün gün saydıqlarını deyib. Məlumata görə, mordadın 21-də Birləşmiş Millətlər Təşkilatının Əmniyət Şurası Amerikanın önərdiyi qətnaməyə baxış keçirəcək.
Qeyd edək ki, İngiltərə, Fransa və Alman təhrimlərlə bağlı Rusiya və Çini inandırmaq üçün səy göstərir. Ancaq görünür bu səylər nəticəsiz qalıb.
Çin diplomatının sözlərinə görə, İrana qarşı silah təhriminin hər hansı şəkildə uzadılmasının heç bir hüquqi əsası yoxdur. Bu addım Bərcamı qorumaq səylərinə xələl gətirir. Xatırladaq ki, Çin və Rusiya Əmniyət Şurasında veto haqqına sahibdir. Onlardan hər hansı birinin veto qoyması qətnamənin təsvib edilməməsi üçün yetərlidir.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close