![](https://www.aznews.tv/wp-content/uploads/2024/02/ab29a7db-15b3-30d1-bd9e-06c29d5379a9_850-780x470.jpg)
ANT xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən “Xinxua” agentliyi məlumat yayıb.
Məlumata görə, cümə günü saat 04:39 radələrində (Bakı vaxtı ilə saat 00:39) yerli yanğınsöndürmə xidmətinə yaşayış binasında yanğınla bağlı həyəcan siqnalı daxil olub. Xilasedicilər saat 06:00 (02:00) radələrində yanğını söndürüb, saat 14:00 (10:00) radələrində hadisə yerində axtarış-xilasetmə əməliyyatı başa çatıb.
İlkin araşdırma zamanı məlum olub ki, yanğın elektriklə işləyən mopedlərin yerləşdiyi binanın birinci mərtəbəsində baş verib.
İstintaq aparılır.