Dünya

Çindən texasdakı konsulluğun bağlanması istənildi

Amerika Çinin Hyustondakı Baş Konsulluğunun 72 saat içində bağlanmasını istəyib. Çinin Xarici İşlər Vəzirliyi bu bilgini təyid edib. Vəzirlik bu qərarı siyasi təxribat, beynəlmiləl hüququn və Çin-Amerika konsulluq razılaşmasının ciddi şəkildə pozulması adlandırıb. Məlumata görə, Pekən dövləti səhvin düzəldilməsi və təsmimin ləğv olunmasına çağırıb. Əks halda Çinin qisas alacağı bildirilib. Qeyd edək ki, Hyustonda yerli sakinlər Çin konsulluğunun binasına yanğınsöndürən maşınlar çağırıblar. Diplomatlar konsulluğun həyətində sənədləri yandırıb, yanğınsöndürmə qüvvələrinin girişinə icazə verməyiblər. Xatırladaq ki, adıçəkilən konsulluq Çinin Amerikadakı altı diplomatik nümayəndəliyindən biridir. Yerdə qalanları isə Vaşinqton, Nyu-York, Çikaqo, Los-Anceles və San-Fransiskoda yerləşir.

Related Articles

Bir cavab yazın

Back to top button