Çində son 24 saatda koronavirusa 74 fəal, 27 əlamətsiz tutulma halı görünüb. Bu barədə Çinin Sağlamlıq Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Bildirilib ki, tutulmaların 98-i Çinin Sincan-Uyğur muxtar bölgəsinin Urumçi şəhər sakinləridir. Ümumilikdə Çində koronavirusa 84 060 tutulma halı qeydə alınıb. 4 634 nəfər ölüb, 78 944 məriz isə sağalıb. Qeyd edək ki, hazırda virusa tutulmuş 482 nəfərin mərizxanalarda müalicəsi davam edir