Dünya

Çinin dünya üzrə casusluq şəbəkəsi necə işləyir?

BBC-nin raporçusu Frank Qardner Çinin dünya üzrə casusluq şəbəkəsi barədə yazıb. Çinin rabitə divi Huavi Şirkəti, Britaniyanın Məxfi İttilaat Servisi keçmiş casusunun köməyi ilə yazılmış rapora görə, yeni bir qalmaqala tuş gəlib. Burada Çinin qaranlıq qalmış casusluq dünyası, casusluğa insanların cəzb edilmə yolları , habelə ölkənin dünyada öz nüfuzunu genişləndirməyə malik olduğu ambisiya bərnaməsi açıqlanıb.
Həmin rapora əsasən, Çin ittiham olunub. Belə ki, bu ölkə biritaniyalı şəxsiyyətlərin, siyasətçilərin, Huavi Şirkətinin Britaniyada ticarət fəaliyyətlərini göstərməyə, habelə himayələrini qazanmağa çalışır.
Deyilənlərə görə, dünyada Çinin bütün ticarət fəaliyyətləri üzrə şirkətlərinin daxilində müəyyən bir qrup var. Belə ki, gizli qrup, Çinin Komunist Hizbinə casusluq üzrə cavabdehidir. Əsas hədəfi hizbin siyasi məqsədlərini irəli aparmaqdır. Habelə şirkətlərin siyasi əmrlərə tabe olacaqlarına arxayınlıq əldə etmək üçün fəaliyyət göstərir. Çin məsələləri üzrə mütəxəssislər iddia edirlər ki, Çinin Komunist Hizbi təbii ticarət fəaliyyətləri adı altında gizlənərək Britaniyada fəaliyyətdədir. Həmin mütəxəssislərin birinin dediyinə görə “Çinin Komunist Hizb dəstqahı özünü hər yerdə yerləşdirib. Qeyd olunur ki, Çin üçün ticarət və siyasət fərqli anlayışlar deyil. Çinin Komunist Hizbinin 93 milyon üzvü gizli olaraq, ölkə mərzlərindən qıraq yerləşən sazimanlarda fəaliyyət göstərir. Məlum olub ki, onlar bu yolla teknoloji və rabitə üzrə çeşidli sirləri əldə edə bilirlər.
Mütəxəssislər bildirirlər ki, Çin casusluğa məmur cəzb etmək üçün ilk olaraq “Müsbət Təşviq” adı ilə tanınan metoddan istifadə edir. Bildirilir ki, buraya xüsusilə başqa ölkənin vətəndaşı olan şəxslər cəlb olunur. İnsanları Çində iş iclasına tamahlandırıcı dəvətin olunması, mali müşkülü olan bir şirkətə yardımın edilməsi, hansısa bir şirkətin müdir heyətinə üzv olmağı, önəri vermək, hətta iri məbləğdə pulların ödənilməsi yolu ilə casusluğa cəzb etmək faktlarını nümunə kimi göstərə bilərik. Qeyd edək ki, bu işlər üzrə məsul orqan Çinin Əmniyyət Vizarətidir. Çinin hər bir ustanı bir ölkə üzrə öhdəlik daşıyır. Məsələn , Şanqhay Amerika üzrə, Pekin Rusiyyə və keçmiş Şurəvi cümhuriləri üzrə, Tiancin ustanı Japon və Korə üzrə öhdəlik daşıyır. Məlum olub ki, Çin dövləti məlumat toplamaq üçün bütün dövlət yardımlarından istifadə edir.
Bu sözləri deyən bir mütəxəssis həmçinin qeyd edib ki, “Çin, Rusiyyə ilə birlikdə, Britaniyaya qarşı ən iri təhdid olan casusluq edən ölkələrdir”.

Related Articles

Bir cavab yazın

Back to top button