Dünya

Co Bayden: “ABŞ lazımsız münaqişələrə müdaxilə etməyəcək”

Birləşmiş Ştatlar lazımsız münaqişələrə müdaxilə etmək niyyətində deyil.

Bunu ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden gələcək kabinetini təmsil edəcək komanda üzvlərini təqdim edərkən deyib.

Yeri gəlmişkən, Delaver ştatının Vilminqton şəhərindəki çıxışı zamanı Bayden və onun gələcək nazir namizədləri eyni səhnədə yan-yana dayanıblar.

Məlumata görə, Co Bayden Toni Blinkeni Dövlət katibi vəzifəsinə, Linda Tomas-Qrinfildi BMT-dəki daimi nümayəndəliyə, Ceyk Sallivanı milli təhlükəsizlik məsələləri üzrə məsləhətçi vəzifəsinə, Alexandro Mayoraksı Daxili Təhlükəsizlik Nazirliyinə, keçmiş Dövlət katibi Con Kerrini isə iqlim məsələləri üzrə məsul vəzifəyə təqdim edib.

Related Articles

Bir cavab yazın

Back to top button