Dünya

Co Bayden, İranın “Hizbullah”a silah dəstəyini Amerikanın milli əmniyəti üçün böyük təhdid adlandırdı

Amerika prezidenti Co Bayden, İranın Lubnandakı “Hizbullah” qrupunu silahla təmin etməsini Amerikanın milli əmniyətinə və xarici siyasətinə qarşı “böyük təhdid” adlandırıb.

Bayden, Lubnanla bağlı milli iztirari vəziyyətin davam etdirilməsinin gərəkliyi barədə Konqrəyə göndərdiyi müraciətdə yazıb: “İranın gəlişmiş silah sistemlərini əhatə edən “Hizbullah”a silah göndərməsi kimi bəzi fəaliyyətlərin davam etməsi Lubnanın müstəqilliyini pozur, iqtisadi və siyasi qeyri-sabitliyi artırır və Amerikanın milli əmniyəti və xarici siyasəti üçün təhlükə yaradır”.

Bayden, belə bir vəziyyətin olduğunu və 2007-ci ilin aqust ayında çıxarılan Lubnanla bağlı Amerika üçün milli iztirari vəziyyət elan edən qərarın bitmə vaxtının yaxınlaşdığını qeyd edib. O, habelə sözügedən fərmanın uzadılmasının önəmini vurğulayıb.

Bu açıqlamalar Lubnandan İsrailin quzeyinə iki raket atıldıqdan bir gün sonra verilib. İsrailin “Dəmir Qübbəsi” hava hücumundan müdafiə sistemi atılan iki raketdən birini tutaraq məhv edib və raketlərdən daha biri İsraildə açıq yerə düşüb.

Related Articles

Bir cavab yazın

Back to top button