Dünyaİran

Co Bayden Kaliforniya iranlıları arasında: “Biz həqiqətən İranın cəsur vətəndaşları və qadınlarının yanındayıq”

Bir günlük səfər üçün Kaliforniyaya gələn Co Bayden Amerikanın İrandakı etirazçılara tam dəstək verməsini və İslam Respublikası ilə danışıqların dayandırılmasını istəyən iranlıların coşğulu iştirakına cavab verib.

“Orada “Azad İran” plakatını görürəm. Bilmənizi istəyirəm ki, biz həqiqətən də İranın cəsur vətəndaşları və qadınlarının yanındayıq”,-deyə, Co Bayden iranlılara səslənib.

Bayden iranlıların indi onlar öz elementar hüquqlarını qorumaq üçün etiraz aksiyası keçirdiklərini deyib.

“Qadın və ya kişilərin hüquqlarına hörmət edilməlidir və onların söz və sərbəst toplaşmaq hüququ vardır. Dünyanın hər yerində qadınlar bir çox cəhətdən təcavüzə məruz qalırlar, lakin qadınlar istədiklərini geyinə bilməlidirlər. Heç kim onlara nə geyinəcəyini deməməlidir”,- deyə, Amerika prezidenti İran hökumətinin məcburi hicab qaydaları tətbiq etməsini pisləyib.

İran hökumətinin öz vətəndaşlarına qarşı zorakılığa son qoymalı olduğunu, onlar öz əsas hüquqlarını əldə edə bilmək imkanı verilməsinin vacibliyini deyən prezident, Məhsa Əmininin ölümündən sarsıldığını və İran xalqlarının oyanışının, etirazının sakitləşməyəcəyini söyləyib.

“Buna görə də bir araya gəldiyiniz üçün hamınıza təşəkkür etmək istəyirəm. Mən İran ictimaiyyətinə bu qədər səsini qaldırdığı üçündə təşəkkür edir və davam etməyinizi istəyirəm; Bu mühüm məsələdir”,- deyə, Co Bayden çıxışını bitirib.

Related Articles

Bir cavab yazın

Back to top button