Azərbaycanİran

İran Azərbaycanla sərhəddə hərbi təlimə başlayır

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) regional qərargahı Azərbaycanla sərhəddə hərbi təlim keçirəcək.

Bunu SEPAH-ın Quru Qoşunlarının komandanı, general Məhəmməd Pakvər deyib.

O bildirib ki, təlimlər yaxın günlərdə İranın şimal sərhədlərində və Araz ətrafında keçiriləcək.

Generalın sözlərinə görə, təlim ordunun illik təqviminə uyğun olaraq və SEPAH-ın döyüş hazırlığının yüksəldilməsi istiqamətində tapşırığın icrası məqsədilə keçirilir.

Related Articles

Bir cavab yazın

Back to top button