Dünya

Co Bayden Yair Lapidə: “Biz heç vaxt İsraili İrana qarşımüdafiəsiz buraxmayacayıq”

Amerikanın İsraildəki səfiri Tom Nides bildirib ki, Ağ Ev İsraili əmin edib ki, Amerika İsrailin özünü İrana qarşı müdafiəsinə mane olmaq istəmir.

O əlavə edib ki, Co Bayden telefon danışığında Yair Lapidə “biz heç vaxt İsrailə mane olmayacayıq. Biz İranın təhlükəsindən xəbərdarıq” deyib.

İsrail mediasının məlumatına görə, Amerika səfiri onu da əlavə edib ki, Bayden İranın heç vaxt nüvə silahı əldə etməyəcəyinə dair öhdəliyini təkrarlayıb.

Nides Amerikanın İranın nüvə probleminin diplomatik həllində maraqlı olduğunu, ancaq yalnız Avropa Birliyinin Hərtərəfli Birgə Fəaliyyət Planının canlandırılmasına dair saziş layihəsinin şərtlərinə əsaslandığını söyləyib.

“Amerika İranla razılaşmaya Beynəlxalq Atom Enerjisi Agentliyinin İranın elan olunmamış nüvə obyektlərində aşkar edilmiş zənginləşdirilmiş uran izləri ilə bağlı təhqiqatının bağlanmasına imkan verməyəcək”-deyə, səfir bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button