Dünya

Cosef Borel: Xarici amillərə görə Vyana danışıqlarında fasilə zəruridir

"Aznews tv" xəbər verir ki, Borel bu barədə martın 11-də "Twitter" hesabındakı paylaşımında məlumat verib.

Rusiyanın yeni şərtlər irəli sürməsindən bir neçə gün sonra Avropa İttifaqının xarici məsələlər üzrə ali nümayəndəsi Cozef Borel təfərrüatlarla bağlı heç bir açıqlama vermədən, xarici amillərə görə Vyana danışıqlarına fasilə verilməli olduğunu bildirib.

“Aznews tv” xəbər verir ki, Borel bu barədə martın 11-də “Twitter” hesabındakı paylaşımında məlumat verib.

Yekun mətninin hazır və masanın üzərində olduğunu qeyd edən ali nümayəndə nüvə müzakirəsi tərəfləri, eləcə də Amerika ilə mövcud maneələri aradan qaldırmaq və razılığa gəlmək üçün əlaqə saxlamağa davam edəcəyini qeyd edib.

Cozef Borelin bu sözlərinə çox çəkmədən İran tərəfindən rəsmi açıqlama gəlib. Belə ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə danışıqlarda fasilənin geridə qalmış problemlərin həlli istiqamətində atılmış addım ola biləcəyini vurğulayaraq, əlavə edib: “Anlaşmanın irəliləyişinə dair ümumi iradəmizə heç bir xarici amil təsir göstərmir”.

Xatırladaq ki, martın 10-da bir neçə media qurumu Vyana müzakirələrində fasilələrin olması ilə bağlı yazılar dərc etsə də, “İRNA” xəbər ajansı bu məlumatların doğruluğunu rədd etmişdi.

Related Articles

Bir cavab yazın

Back to top button