İran

Covid-19 daha təhlükəli vəziyyət alıb

İranın Sağlamlıq, Müalicə və Tibbi Təhsil Vizarətinin baş müavini İrəc Hərirçi koronavirusa tutulma təhlükəsinin 9 qat artdığını deyib. Vizarət rəsmisi məsələ ilə ilgili murdadın 21-də televizionda danışıb. Belə ki, o, iqtisadi müşküllərin olmasına rəğmən, ölkədə heç vaxt çətin və bərk şəraitin tətbiq edilmədiyini açıqlayıb.
Sağlıq vəziri Səid Nəməki isə Məhərrəm ayında yas mərasimlərinin keçirilməli olduğunu deyib. Məsih Danişvər adına Mərizxananın Viroloji Azimayişqahının rəisi Əlirza Naci də mövzuyla bağlı fikirlərini dilə gətirib.
“Koronavirus özünü dəyişdirmə baxımından ağıllı davranan bir virusdur. Ölkədə hələ bu virusun birinci dalğasının qarşısı alınmayıb. Mərizliyin ikinci dalğasının anfulanzanın yayılması ilə eyni vaxta düşəcəyinə hazırlıqlı olmalıyıq”, – deyə qurum rəsmisi bildirib.
Habelə o, insanları daha ehtiyatlı davranmağa çağırıb.

Related Articles

Bir cavab yazın

Back to top button