Dünya

COVİD-19 VUHAN BAZARINDAN YAYILMAYIB?

Vuhan bazarının koronavirusun yayılma mənbəyi olması fikri yanlışdır.
Bu barədə Çinin Mərizliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin müdiri Qao Fun açıqlama verib. Onun sözlərinə görə, dəniz məhsulları bazarının virusun mənbəyi olması düşünülür, amma bazar qurban kimi önə verilib. Əslində isə, yeni növ koronavirus bundan xeyli əvvəl mövcud olub.
Mərkəzdən verilən məlumata əsasən, alimlər araşdırılan heyvan nümunələrində koronavirus tapmayıb, buna görə də, alıcıların virusa tutulması mümkün deyil.
Çində koronavirusa ilk tutulan şəxsin 55 yaşlı Hubey sakini olduğu bildirilir. O, 2019-cu ilin 17 novambrında virusa tutulub.

Related Articles

Bir cavab yazın

Back to top button